waplog

“ASUS” şirkəti “ZenWatch” smart saatlarını nümayiş etdirib


“ASUS” şirkəti “IFA 2014” sərgisində “ZenWatch” smart saatını nümayiş etdirib. Qurğuda “Qualcomm Snapdragon 400” prosessoru tətbiq edilib. Əməli yaddaşın həcmi 512 MB, daxili yaddaş isə 4 QB təşkil edir. Cihaz paslanmayan poladdan korpus, 320×320 piksel təsvir ölçülü 1,63 düymlük ekranla təchiz olunub.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, qurğuya daşınan qurğular üçün nəzərdə tutulmuş “Android Wear” platforması quraşdırılıb. “ZenWatch” smart saatlarına məxsusi tətbiqlər dəsti quraşdırılıb. “ASUS”-un təqdim etdiyi yeniliklərdə fiziki idarəetmə düyməsi yoxdur, idarəetmə səs əmrləri ilə həyata keçirilir. Cihazın arxa panelindəki SOS düyməsi istisnadır. O, ştatdankənar vəziyyətlərdə müəyyən nömrəyə zəng edilməsi üçün istifadə olunur.
 
“ZenWatch” smart saatları ilin sonunadək satışa çıxarılacaq, təxmini qiyməti 200 funt-sterlinq təşkil edəcək.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL