waplog

Beynəlxalq ekspert: “Azərbaycan reallıqda beynəlxalq reytinqlərdə daha yüksək mövqe tutur”


Azərbaycan şirkətlərinin rəsmi saytlarına diqqət yetirməməsi nəticəsində ölkə beynəlxalq reytinqlərdə layiq olduğundan daha aşağı mövqeləri tutur.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Estoniyanın "B.EST Solutions" şirkətinin rəhbəri Yana Krimpe bu günlərdə keçirilən konfranslardan birində qeyd edib ki, yerli şirkətlər öz rəsmi internet səhifələrinə yetərincə diqqət yetirmirlər.
 
"İstənilən beynəlxalq icmallar və reytinqlər ölkələrin daxili bazarının monitorinqi nəticəsində hazırlanır. Bunun üçün də əsasən beynəlxalq təşkilatlar ölkədə fəaliyyət göstərən qurumların və özəl şirkətlərin internet səhifələrini analiz edirlər. Azərbaycan son illər bir çox reytinqlərdə yetərincə irəli getməsinə baxmayaraq, əsasən də elektron xidmətlərin təşkili sahəsində, reytinqlərdə reallıqda malik olduğu daha yüksək mövqedən zəif göstərilməsi yerli şirkətlərin internetdə passivliyi ilə bağlıdır",- deyə o bildirib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL