waplog

“Ulduzumla Meqafun günləri” kampaniyası ilə dəyərli hədiyyələr qazanmaq şansını əldən qaçırmayın!


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti,  "Ulduzumla Meqafun günləri" adlı kampaniya keçirir.

Kampaniya çərçivəsində "Meqafun" əyləncə mərkəzində "Ulduzum" kodundan istifadə edən hər 100-cü abunəçi "Ulduzum" tərəfdaşlarından dəyərli hədiyyələrlə təltif ediləcək.

"Ulduzum" proqramının istənilən üzvü "Meqafun" əyləncə mərkəzində "Ulduzum" kassasından balans kartına yüklədiyi məbləğin 50%-i qədər bonus hədiyyə əldə etməklə yanaşı, "Ulduzum" tərəfdaşından daha yüksək endirimli kuponlar əldə edəcək.

Bütün bu üstünlüklərlə yanaşı, "Ulduzum" istifadəçiləri "Meqafun" balans kartına yüklədikləri hər 20 AZN üçün  10 dəqiqəlik şəbəkədaxili danışıq üçün bonus dəqiqləri qazanacaqlar.
 
Kampaniyanın müddəti 5 - 25 sentyabr 2014-cü il tarixlərini əhatə edəcək.
 
Kampaniyadan yararlanaraq hədiyyələr əldə etmək üçün "Ulduzum" üzvləri aşağıdakıları nəzərə almalıdırlar:
 
  1. "Ulduzum" abunəçisi 5555 qısa nömrəsinə "*" işarəsini göndərir və 4 rəqəmli şifr əldə edir. Şifrin əldə olunması üçün göndərilən SMS-in qiyməti 3 qəpik təşkil edir.
 
  1. "Ulduzum" üzvü SMS vasitəsilə aldığı şifri "Meqafun" kassirinə təqdim edir və "Meqafun"dan 50% bonus və endirim kuponları əldə edir.
 
 
3. Gün ərzində hər bir abunəçi 10 dəfə "Ulduzum" şifri əldə edə bilər. Alınan hər bir şifrin etibarlılıq müddəti 24 saatdır.
 
Daha ətraflı məlumat əldə etmək üçün "777" yazıb 5555-ə pulsuz SMS göndərin.
"Ulduzum" proqramına üzv olmaq üçün "1" yazıb 5555 nömrəsinə pulsuz SMS yollamaq yetərlidir.
Tədbirə qoşulmaq üçün bu linkdən istifadə etmək olar: https://www.facebook.com/events/713303595415327/
 
Yaradıldığı gündən etibarən bir ildən az müddət ərzində "Ulduzum" proqramına 500.000-dən çox abunəçinin qoşulması və partnyorların müxtəlif təkliflərdən faydalanması bu proqramın uğurlu olmasının bir göstəricisidir.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL