waplog

“General Motors” 2016-cı ildə sürücüsüz avtomobillərin istehsalına söz verir


“General Motors” (GM) şirkətinin baş direktoru Meri Barra deyir ki, şirkət iki ildə kompüterlərarası kommunikasiya sistemi ilə təchiz edilmiş “Cadlllac CTS” avtomobilini istehsal edəcək. Avtomobilin yeni versiyası digər internetə qoşulmuş avtomobillərlə əlaqə yarada və həm onlar, həm də başqa "ağıllı" sistemlərlə məlumat mübadiləsi edəcək.






Barra bildirib ki, iki il sonra “Cadillac” brendinə məxsus sürücüsüz hərəkət edən avtomobil çıxarılacaq. Bu avtomobil yoldakı vəziyyətdən asılı olaraq sərbəst şəkildə sürət yığa və azalda biləcək.
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “GM” şirkətinin istehsal xəttində "ağıllı" sürücülük sisteminə xas avtomobil yoxdur.

Barra bildirib ki, avtonom sürücülük sistemi bir çox hallarda yollarda qəza vəziyyətinin səviyyəsini azaltmağa imkan verəcək.

Şirkətdən sürücüsüz avtomobillərin qiyməti ilə bağlı açıqlama verilməyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL