waplog

İT mütəxəssislərinin 77 faizi təhsilini davam etdirməyi düşünür


Dünyada informasiya texnologiyaları (İT) sahəsində çalışan mütəxəssislərin üçdə iki hissəsi biliklərinin köhnəlməsindən ehtiyat edərək təhsilini davam etdirməyi planlaşdırır.

Belə ki, “Tech Pro Research” şirkətinin hesabatına əsasən, təhsilini davam etdirməyi düşünən peşəkarların sayı 77 faiz təşkil edir. Qeyd olunur ki, vəziyyət “Novell CNE” (Certified Novell Engineer) və ya “Microsoft MCSE” (Microsoft Certified Systems Engineer) statusunu alan mütəxəssisin təhsil barədə narahatlıq hissi keçirmədiyi 1990-cı illərdən əhəmiyyətli dərəcədə fərqlənir.
 
Araşdırma zamanı dünyanın 1156 İT mütəxəssisinin rəyi soruşulub. Müəyyən edilib ki, onların 59 faizi əmək bazarında biliklərinin köhnələ bilməsinə görə narahatdır. Narahatlıq hissi keçirməyənlər ya artıq əlavə təhsil alanlar, ya da yaxın vaxtlarda təqaüdə çıxmağa hazırlaşanlardır. Maraqlıdır ki, əlavə təhsil almağı planlaşdıranların təxminən 10 faizi İT fənləri öyrənmək deyil, “MBA” (diplomdan sonrakı təhsil proqramı) və ya biznes təhsili almaq fikrindədir.  
 
Biliklərinin köhnəlməsinə görə narahat olanlar arasında daha çox təhsil müəssisələrində çalışan İT mütəxəssislər (71 faiz) təlaş içindədir. Çünki təhsil müəssisələrində əmək bazarına daxil olan yeni mütəxəssislərə həmişə böyük ehtiyac duyulur. Biliklərinin köhnəlməsinə görə hamıdan az maliyyə (55 faiz) və tibb müəssisələrində (52 faiz) çalışan İT mütəxəssisləri narahatdır, - "IT-Weekly www.it-weekly.ru” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL