waplog

Dünyanın ən tutumlu yaddaş kartı buraxılıb


512 QB tutumunda “SD” formatlı “SanDisk” yaddaş kartı daxilində “JPEG” formatında 200 min fotoşəklin yerləşdirilməsinə imkan verir və 4K formatlı videonun çəkilməsi üçün optimallaşdırılıb.
 
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “SanDisk” korporasiyası rekord tutuma (512 QB) malik “SD” formatlı yaddaş kartını buraxıb.
 
 Sözügedən yaddaş kartı 4K (3840x2160p) formatı ilə işləyən peşəkar fotoqraf və videooperatorlar üçün nəzərdə tutulub. Kartın yaddaşında JPEG formatında 8 meqapiksel təsvir ölçülü təxminən 200 min şəkil və ya RAW formatında eyni təsvir ölçüsünə malik təxminən 20 min şəkil saxlamaq olar.
 
“SanDisk Extreme PRO SDXC UHS-I” yaddaş kartında məlumatların karta yazılması sürəti 90 MB/s və ötürülmə sürəti 95 MB/s təşkil edir. Yaddaş kartı yüksək və aşağı temperatur (-25°C-dən 85°C-dək), nəmlilik, mexaniki təsir və rentgen şüalarının təsirinə qarşı davamiyyət baxımından sınaqdan keçirilib.
 
Şirkətdən bildirilib ki, yaddaş kartlarının tutumu 11 ildə 1000 dəfə artırılıb. 2003-cü ildə şirkət 512 MB tutumunda yaddaş kartını buraxıb.
 
512 QB-lıq yaddaş kartının qiyməti 800 dollardır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL