waplog

Londonun nəqliyyat sistemi kontaktsız ödənişlərə keçib


"Transport for London" təşkilatı London metropoliteni, "London Docklands" ərazisinin yüngül metrosu, yerüstü qatarlar və digər nəqliyyat vasitələri xidmətləri üçün kontaktsız ödəniş servisini istifadəyə verib. Xidmətdən "American Express", "MasterCard" və ya "Visa" ödəniş kart seriyalarının, o cümlədən debet, kredit və digər kart sahibləri istifadə edə biləcək.
 
Bank kartları vasitəsilə həyata keçirilən kontaktsız ödənişlərdən sentyabrın 16-dan bütün nəqliyyat vasitələrində istifadə edilməyə başlanıb. Hazırda paytaxt sakinləri "Oyster" xüsusiləşdirilmiş elektron kartlardan tam imtina edərək gediş üçün daha rahat ödəniş sisteminə keçmək imkanı əldə ediblər.
 
Bank kartı ilə ödəniş prinsipi "Oyster" nəqliyyat kartlarının işindən fərqlənmir. Gediş haqqını ödəmək üçün kartın terminala yaxınlaşdırılması tələb olunur. Yeni ödəniş sistemi gediş haqqını London nəqliyyatında qüvvədə olan xüsusi təkliflərə uyğun tənzimləyəcək. Belə ki, gün ərzində nəqliyyatdan çox istifadə edən sərnişin hər gün məhdudiyyətsiz gediş biletindən (Day Travelcard) istifadədə olduğu kimi, çox pul sərf etməyəcək.
 
Böyük Britaniya ərazisindən kənarda buraxılan kart sahibləri ödəniş kartının Londonun gediş haqqı servisi ilə uyğun gəlməsini dəqiqləşdirmək üçün banka müraciət etməlidirlər.
 
Bank kartı ilə gediş üçün kontaktsız ödəniş sistemi Böyük Britaniyada yenilik hesab edilmir. Çünki 2012-ci ildən London avtobuslarında ödənişlər həyata keçirilir. Xidmətin fəaliyyətdə olduğu ilk altı ay ərzində ondan 825 min nəfər 17 milyon gediş üçün istifadə edib, - "www.payspacemagazine.com" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL