waplog

“iPhone 6 Plus” smartfonunun əməli yaddaş tutumu 1 QB təşkil edəcək


"MacRumors" nəşri yazır ki, yeni "iPhone 6 Plus" fableti yalnız 1 QB əməli yaddaşla təchiz olunacaq. Xatırladaq ki, "iPhone 5S" smartfonunda da eyni tutumlu əməli yaddaş quraşdırılıb, "iPhone 6" cihazı da 1 QB əməli yaddaşla təchiz olunacaq.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bu gün "TechRadar", "System Status", "the Guardian" və başqa nəşrlər müvafiq məlumatı dərc ediblər.
 
Qeyd edək ki, "Samsung"un fabletləri və son nəsil "LG" artıq 3 Qb əməli yaddaşla təchiz olunub.
 
"MacRumors" nəşri yazır ki, "iPhone 6 Plus" smartfonu üçün 1 QB əməli yaddaş tutumu az görünsə də,  qurğunun daxili sınaqları göstərib ki, 1 QB qurğunun "FullHD" təsvir ölçüsü, həmçinin "iOS 8" platformasında istifadəyə veriləcək metal qrafik kitabxanası ilə  normal işləməsi üçün kifayətdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL