waplog

Bakıda təhlükəsizlik həllərinə həsr olunmuş seminar keçiriləcək


Bakıda sentyabrın 23-də "IBM" şirkətinin inteqrasiya və təhlükəsizlik üzrə "ağıllı" həllərə həsr olunmuş "Smart Integration & Security Intelligence" mövzusunda seminar keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində şirkətin gəlirlərini və rentabelliyini artırmağa, trendlərin inkişafını proqnozlaşdırmağa, satış həcmlərinin artırılmasına, informasiya təhlükəsizliyinin təmin edilməsinə imkan verən yeni texnologiyalar təqdim ediləcək.
 
Seminarda "IBM" ekspertləri ilə effektiv biznes proseslər yaradılması və informasiya təhlükəsizliyinin təmin edilməsi sahələrində təcrübə mübadiləsi aparmaq üçün panel diskussiyası təşkil olunacaq.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL