waplog

Üzeyir Hacıbəyovun həyat və fəaliyyəti ilə əlaqədar elektron məlumat bazası yaradılıb


Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən görkəmli bəstəkar Üzeyir Hacıbəyovun həyat və fəaliyyəti ilə əlaqədar elektron məlumat bazası (EMB) yaradılıb.
 
"ICTnews" elektron xəbər xidməti bildirir ki, bu gün Milli Kitabxanada sözügedən məlumat bazasının təqdimetmə mərasimi keçirilib.
 
Tədbirdə kitabxananın direktor müavini Mələk Hacıyeva Ü.Hacıbəyovun Azərbaycanın musiqi tarixindəki rolundan danışaraq deyib ki, ölkədə internet istifadəçilərinin sayının günü-gündən çoxalması, informasiya-kommunikasiya texnologiyalarının böyük arealda yayılması görkəmli bəstəkarla bağlı məlumatların bir mərkəzdə toplanması, onların daha geniş oxucu auditoriyasına təqdim edilməsinə zərurət yaradıb:
 
"Bu gün, yəni sentyabrın 18-i  Ü.Hacıbəyovun doğum günüdür. Onun doğum günü ilə əlaqədar olaraq hər il Azərbaycanda musiqi festivalı keçirilir".
 
 
Ü.Hacıbəyov elektron məlumat bazasına milli kitabxananın rəsmi internet ünvanı (anl.az) vasitəsi ilə daxil olmağın mümkünlüyünü qeyd edən M.Hacıyevanın sözlərinə görə, hər bir vətəndaş sözügedən baza vasitəsi ilə çox geniş informasiya əldə edə biləcək.
 
Qeyd edilib ki, EMB-də görkəmli bəstəkarın bütün əsərlərinin həm video, həm audio, həm də not yazıları yerləşdirilib. Bundan əlavə, Ü.Hacıbəyovun publisistik fəaliyyəti  nəzərə alınaraq onun yazdığı məqalələr də bazaya əlavə edilib. Üstəlik, Azərbaycanın böyük oğlu barəsində yazılan kitablar, elmi əsərlər, filmlər, rəsmləri də EMT-ə əlavə edilib.
 
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL