waplog

"Cybernet" şirkəti “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirib


Bakıda “Büdcələmə, maliyyə hesabatlılığı və risklərin analizi üçün İT həllər” mövzusunda forum keçirilib.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbiri açıq elan edən “Cybernet” şirkətinin rəhbəri İlham Namazov bildirib ki, Azərbaycanın informasiya texnologiyaları bazarında İT məhsullara yüksək tələbat müşahidə olunur və ölkə bu sahədə böyük potensiala malikdir.
 
Forumda şirkətin digər məsul işçilərinin, “LucaNet” şirkətinin nümayəndələri Matteus Ebinal və   Nazar Farmaqa, “Cybernet”in daxil olduğu “Synergy Group”un maliyyə  meneceri Rüfət Cahangirov, “AtaBank”ın risk-menecment departamentinin direktoru Elman Sadıqov və digərləri təqdimatlarla çıxış ediblər.
 
“LucaNet” şirkətinin nümayəndələri çoxsahəli holdinqlərdə maliyyə hesabatlarının birləşdirilməsi üzrə təqdimatla çıxış ediblər. Spikerlər Avropa bazarlarında “LucaNet” məhsullarının inteqrasiya üzrə planları və təcrübələrini bölüşüblər. Onlar yerli bazarda “LucaNet” məhsullarının tətbiqinin üstünlüklərindən bəhs ediblər.
 
Məruzəçilər həmçinin Azərbaycanın maliyyə sistemində şirkətlərin əməliyyat sistemləri üçün risklərin qiymətləndirilməsinin və idarəedilməsinin vacibliyini qeyd ediblər.
Tədbirdə “Cybernet”in kredit risklərinin hesablanması üzrə proqram təminatı haqda bəhs edilib. Ekspertlər bu proqramın strateji və kritik qərarların qəbul edilməsində səmərəli olduğunu qeyd ediblər.
 
Sonra ölkənin bank sektorunun nümayəndələrinin çıxışları, habelə risklərin  təhlili sistemləri üzrə ixtisaslaşmış mütəxəssislərin rəyləri səsləndirilib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL