waplog

“LG” şirkəti “Ginnesin Rekordlar Kitabı”na düşüb


“LG” korporasiyası qabaqcıl “G3” smartfonunun reklam kampaniyası nəticəsində “Ginnesin Rekordlar Kitabı”na düşüb. Söhbət kral Xalid aeroportu yaxınlığında quraşdırılmış nəhəng reklam lövhəsindən gedir.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Ginnesin Rekordlar Kitabı” sertifikatında qeyd olunub ki, bu, dünyanın ən böyük açıq reklam konstruksiyasıdır. 240 metr uzunluğu və 12 metr hündürlüyündə olan reklam lövhəsi üç min kvadrat metr sahəni tutur. Konstruksiyanın yaradılmasına 1800 ton polad lazım olub. Bir ildə kral Xalid aeroportunun yanından ötən 20 milyon insan nəhəng reklam lövhəsini görəcək.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL