waplog

Kanadalılar vergini rəqəmli valyuta ilə ödəyə biləcəklər


Kanadanın Vankuver şəhər hakimiyyəti tezliklə vergi ödəyicilərinin vergi, cərimə və yığımları “Bitcoin” rəqəmli valyutası ilə ödəyə biləcəklərini bəyan edib.
 
Yerli şuraya 37 286 səs toplayan Ceyson Lamarçe müsahibəsində bildirib ki, çoxları Vankuveri Şimalın “Silikon vadisi” hesab edir, amma əslində şəhər yeni texnologiyaların inkişafı ilə fəal şəkildə məşğul olmur.
 
“Bizdə kriptovalyuta və “Bitcoin”in inkişafı üzərində şirkətlər fəaliyyət göstərdiyi halda nəyə görə bu texnologiyadan istifadəni genişləndirməyək?” - C.Lamarçe qeyd edib.
 
Noyabrda Vankuverdə keçiriləcək seçkilərdə partiya və namizədlər sakinlərdən pulköçürmələrini “Bitcoin” ilə qəbul edə biləcək. Rəqəmli valyuta qeyri-pul aktivi hesab olunur, namizədlər “Bitcoin”i aldıqdan sonra sadəcə alınan məbləğin ekvivalentini dollarda nə qədər təşkil etməsi barədə məlumat verməlidirlər.
 
Öz növbəsində şəhər hakimiyyəti və yerli hakimiyyət orqanlarına namizədlər bəyan ediblər ki, proqramlarının əsas bəndlərindən biri yerli sakinlərə vergi və yığımları “Bitcoin” rəqəmli valyutası ilə ödəmək imkanına şərait yaratmaqdır.
 
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “Payspace” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL