waplog

Kanada ABŞ, Böyük Britaniya və Avstraliya ilə kosmosda əməkdaşlığa dair memorandum imzalayıb


Kanada Milli Müdafiə Nazirliyi ABŞ, Böyük Britaniya və Avstraliya Müdafiə nazirlikləri ilə kosmik sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.
 
“Bu, Kanada və onun müttəfiqlərinə kosmik məkanın mənimsənilməsi sahəsində daha sıx əməkdaşlığa və peyklərlə birgə əməliyyatlar keçirməyə, eləcə də kosmosla əlaqədar informasiya resurslarından istifadəyə imkan verəcək”, - Kanada Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
 
Saziş iştirakçıları ABŞ-ın “Wideband Global SATCOM” sisteminin orbital kommunikasiya peykləri qrupunu birgə inkişaf etdirəcək. 2007-ci ildə yaradılan sistem ABŞ Müdafiə Nazirliyinə gəmi, təyyarə və quru qoşunları arasında məlumatları yüksək sürətlə retranslyasiya etməyə, mühafizəli rejimdə videokonfranslar keçirməyə, eləcə də hava haqqında məlumatlar almağa imkan verir. Peykin xidmətlərindən həmçinin Ağ Ev, Dövlət Departamenti və ABŞ-ın bir sıra müttəfiqləri yararlanır.
 
“Bizim kosmik məkandan hərbi və mülki məqsədlər üçün istifadə etdiyimizi nəzərə alsaq bu sahədə əməkdaşlıq Kanada üçün böyük əhəmiyyət kəsb edir”, - Kanada milli müdafiə naziri Robert Nikolson deyib, - “İTAR-TASS” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL