waplog

“Android” mobil əməliyyat sistemi təqdim edilib


2008-ci il sentyabrın 23-də “Linux” nüvəsi əsasında yaradılmış “Android” mobil əməliyyat sistemi təqdim edilib. Sözügedən platforma ilk öncə “Android Inc.” şirkəti tərəfindən hazırlanıb. Daha sonra “Google” korporasiyası bu şirkəti satın alıb.
 
“Android” platforması ilə işləyən birinci qurğu “HTC” şirkəti tərəfindən hazırlanmış “HTC Dream” “ağıllı” telefonu olub. 2008-ci il sentyabrın 23-də məhz bu qurğu nümayiş etdirilib. Digər “ağıllı” telefon istehsalçıları sistemin işini müsbət qiymətləndirərək bu platformanı öz cihazlarına quraşdırmağa başlayıb.
 
Hazırda “Android” platforması “ağıllı” telefon bazarında liderdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL