waplog

AFFA və “Bakcell” şirkəti Bakıda Mançester Yunayted Futbol Məktəbi açdı


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin “Mançester Yunayted” futbol klubu ilə əməkdaşlıq çərçivəsində iki il ərzində Mançester Yunayted Yay Futbol Məktəbinin uğurla həyata keçirilməsinin ardından Bakıda Mançester Yunayted Futbol Məktəbinin açıldığını elan edir.
 
İlkin mərhələdə Akademiyanın istedadlar qruplarında 32 uşaq təlim keçəcək. İstedadlar qruplarında təhsil ödənişsizdir.
 
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
 
Hər bir kateqoriya üzrə uşaqları “Mançester Yunayted” klubunun ezam olunmuş məşqçiləri seçəcəklər.
 
Məşqlər Mançester Yunayted Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistent tərəfindən keçiriləcək. Məşqlərdən əvvəl uşaqlara ingilis dili tədris olunacaq (həftədə ən azı iki dəfə).
 
Futbol Məktəbinə qeydiyyat 15-22 sentyabr tarixləri arasında keçirilib. İstedad qruplarına seçim isə sentyabrın 23-də Bayıl Arena Stadionunda aparılıb.
 
AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev: “Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli “Mançester Yunayted” klubunun birgə həyata keçirdikləri bu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması – ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada təlim keçən uşaqlar ölkə futboluna  layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından “Bakcell” şirkətinə və “Mançester Yunayted” klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”. 

“Bakcell iki il ərzində AFFA və “Mançester Yunayted” klubu ilə əməkdaşlıq şəraitində Mançester Yunayted Yay Futbol Məktəbini uğurla təşkil edib. Bu layihədə iştirak edən uşaqların böyük uğurları bizi Mançester Yunayted Futbol Məktəbini Azərbaycana gətirməyə ruhlandırdı. Bu uşaqların sayəsində biz Azərbaycan futbolunun böyük potensiala malik olduğunu gördük və daha böyük imkanları Azərbaycan futboluna yaxın gətirməyə qərar verdik. Mən inanıram ki, Mançester Yunayted Futbol Məktəbi bundan öncə təşkil etdiyimiz yay futbol məktəbi kimi uğurlu layihə olacaq və biz gələcəkdə bundan da yaxşı nəticələri sizinlə bölüşəcəyik”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

AFFA və “Bakcell” şirkəti Azərbaycanda futbolun inkişafı naminə əməkdaşlığı davam etdirir.

RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL