waplog

Azərbaycanda yaxın iki ildə vergiödəyicilərinin analitik informasiya bazası yaradılacaq


Azərbaycan Vergilər Nazirliyində 2016-cı ilədək yeni vergiödəyicilərinin analitik məlumat bazası yaradılacaq.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, məlumat bazası Avropa İttifaqının “Vergilər Nazirliyinin insan resurslarının inkişafı sahəsinin dətəklənməsi” üzrə tvinninq layihəsi çərçivəsində yaradılacaq.
 
Layihənin əsas məqsədi kadr potensialının inkişaf etdirilməsi olsa da, o həmçinin vergiödəyicilərinin analitik məlumat bazasının yaradılması üçün tələb olunan hər bir vergi ödəyicisi haqda fərdi məlumatların toplanmasına və bu məlumatları təhlil etməyə imkan verəcək.
 
İki il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihənin ümumi dəyəri 1 milyon avrodur. Azərbaycan Vergilər Nazirliyinin bu layihə çərçivəsində tərəfdaşları İspaniyanın və Fransanın vergi administrasiyaları olacaq.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL