waplog

“Vertu” 10 min dollarlıq smartfon hazırlayıb


“Vertu” şirkəti “Android” platforması ilə işləyən yeni “Aster” smartfonunu nümayiş etdirib. Aparat texniki xarakteristikalarına görə “Signature Touch”a oxşardır, ancaq görünüşcə fərqlənir. “Vertu” öz standart işləməsindən (titan ərinti və dəri) imtina etməyib.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, qurğu 1080×1920 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 13 meqapiksellik kamera, 2.3 QHs takt tezlikli dördnüvəli “Snapdragon” prosessoru, 2 QB əməli və 64 QB daxili yaddaş, NFC, “Wi-Fi” və LTE modulları ilə təchiz olunub. “Android 4.4” əməliyyat sistemi quraşdırılıb. “Aster” smartfonunun çəkisi təxminən 200 qram təşkil edir.
 
“Vertu” smartfonun qiymətini açıqlamayıb. Ehtimallara görə, 10 min dollara satılacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL