waplog

Tailand hökuməti turistləri xüsusi qolbaqla təchiz edəcək


Tailand hökuməti kurortlarda təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə turistlər üçün identifikasiya nömrəli xüsusi bilərzik sisteminin tətbiqi imkanını müzakirə edir. Bu barədə jurnalistlərə ölkənin turizm və idman naziri Kobkarn Vattanavranqkul bildirib.   
 
"Seriya nömrəsini və turistin harada yerləşməsi haqqında informasiyanı özündə saxlayan qolbaq hoteldə yerləşmə zamanı verilə bilər", - nazir qeyd edib. Onun sözlərinə görə, sistem yolunu azan və ya dara düşən səyahətçiləri tez axtarıb tapmağa kömək edəcək. K. Vattanavranqkul onu da əlavə edib ki, nazirlikdə turistlərin yerini müəyyənləşdirmək üçün xüsusi elektron qurğuların tətbiqi də müzakirə mövzusudur.  
 
Tailand kurortlarında təhlükəsizlik problemi ölkə hakimiyyətini Tao adasında Britaniyadan olan iki gəncin amansızcasına qətlə yetirilməsindən sonra narahat etməyə başlayıb. Cinayətin araşdırılması Tailand baş naziri Prayut Çan-Oçanın nəzarəti altındadır. Bundan başqa, faciədən sonra hakimiyyət dekabrın sonunadək ölkənin turistlər üçün daha çox cəlbedici olan rayonlarında müşahidə kameralarının quraşdırılması ilə bağlı göstəriş verib, - "İTAR-TASS " yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL