waplog

“GoPro” şirkəti üç yeni ekşn-kamerasını nümayiş etdirib


“GoPro” şirkəti miniatür “Hero” idman kameralarının dördüncü nəslini nümayiş etdirib.
 
Qabaqcıl kamera “Hero4 Black” adlanır. Saniyədə 30 kadr sürətlə 4K təsvir ölçüsündə video çəkə bilir, 1080p təsvir ölçüsündə çəkiliş sürəti saniyədə 120 kadr təşkil edir. İstehsalçılar qeyd etdiyi kimi bu rejimdə çəkiliş arzuolunmaz effektindən qurtulmağa imkan verəcək. “Hero4 Black” kamerasının qiyməti 499 ABŞ dolları təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Hero4 Silver” modeli 399 dollara satılacaq. Bu qurğu digərindən onunla fərqlənir ki, 2,7K maksimal təsvir ölçüsündə çəkə bilir (çəkiliş sürəti saniyədə 30 kadr təşkil edir. 1080p təsvir ölçüsündə “Hero4 Silver” kamerasının çəkiliş sürəti 60 kadr və kamera 720p təsvir ölçüsündə saniyədə 120 kadr qeydə ala bilər. Bu halda “Silver” sensor ekrana sahiblənib və bu da istifadənin rahatlığını yüksəldir.
 
Hər iki kamera “Wi-Fi” modulu ilə təchiz edilib və suyun altında 40 metr dərinliyində çəkiliş edə bilir, həmçinin 12 meqapiksel təsvir ölçüsündə foto çəkə bilirlər.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL