waplog

Təhsil Nazirliyi tərəfindən yeni “www.e-derslik.edu.az” elektron dərslik portalı istifadəyə verilib


Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yeni "www.e-derslik.edu.az"
elektron dərslik portalı istifadəyə verilib.

Təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması Təhsil Nazirliyinin prioritet məsələlərindən biridir. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır.
 
Nazirlikdən bildirilib ki, bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradacaq. Elektron dərsliklərin digər üstünlükləri də mövcuddur.
 
Buraya əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü; rahat istifadə - axtarış sisteminin mövcudluğu daxildir.
 
Qurumdan bildirilib ki, hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaq.
 
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL