waplog

“Apple” qızılı rəngli “iPad” buraxacaq


“Bloomberg” nəşri şirkətin planları ilə tanış insanlara istinadən yazır ki,  “Apple” yeni “iPad” nəslinin istehsal xəttində korpusu qızılı rəngdə hazırlayacaq.

Planşetlərin nümayişi oktyabrda gözlənilir. Qızılı rəng “Apple” planşetlərinin istehsal xəttində üçüncü rəng çaları olacaq. İndi tünd və gümüşü rəng çalarında “iPad”lar əlçatandır.

"ICTnews" elektron xəbər xidməti “lookatme.ru” saytına istinadən bildirir ki, “iPad” planşetlərinin satış həcmi üçüncü rüb ardıcıl azalır. 2014-cü ilin birinci rübündə “Apple” 26,035 milyon, ikinci rübdə 16,35 milyon, üçüncü rübdə 13,276 milyon planşet satıb. 2013-cü ilin dördüncü rübündə planşetlərin satış həcmi 14,079 milyon təşkil edib. Təxminlərə görə, yeni rəng çaları alıcıların “Apple”ın istehsal xəttinə marağını artıracaq.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL