waplog

2015-ci ilin yanvarında “Apple Watch” smart saatlarının kütləvi istehsalına başlanılacaq


“Apple” yalnız növbəti ilin yanvarında “Apple Watch” smart saatının kütləvi istehsalına başlayacaq. Bu haqda Tayvanın “AppleDaily” mənbəyinə istinadən “G for Games” texnologiya bloqu yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan başqa, məlum olub ki, “Apple” yalnız Tayvanın “Quanta Computer” tədarükçüsü ilə əməkdaşlıq edəcək. Bundan əvvəl KİV-də dərc olunmuş xəbərlərə əsasən, “Apple”, “ağıllı” saatın istehsalı üçün “Inventec” ilə də müqavilə bağlayıb.
 
Xatırladaq ki, “Apple” birinci daşınan qurğusu – “Apple Watch” smart saatını sentyabrın əvvəlində nümayiş etdirib. Sözügedən saat üç əsas modifikasiyada (suya və toza qarşı davamlı “Apple Watch Sport” modeli, sapfir şüşədən ibarət ekrana və polad korpusa malik “Apple Watch” və qızıl örtüklü korpusla təchiz edilmiş “Apple Watch Edition”) əlçatan olacaq. Bundan başqa, saat iki ölçüdə (38 və 42 mm diaqonallı ekran) əlçatan olacaq. Şirkət “Apple Watch”ın çıxış tarixini dəqiqləşdirməyib, yalnız qeyd edib ki, 2015-ci ilin əvvəlinə gözlənilir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL