waplog

“Sony Xperia Z3” telefonları artıq Azərbaycanda


“Caspian Mobile” şirkəti ən son çıxan telefon modellərindən daha birini Azərbaycan istifadəçilərinə təqdim etdi. Texnologiya nəhəngi “Sony”-dən dünyanın ən yaxşı foto və videokamerasını 4K çəkiliş xüsusiyyəti ilə özündə birləşdirən “Xperia Z3” model telefonu indi onu arzulayan hər kəsin ola bilər.
 
Qeyd edək ki, “Xperia Z3” modeli, 20.7 MPX arxa, 2.2 ön kameraya malikdir.   Full HD (1920x1080 piksel)  5.2 düymlük ekranı olan telefon, 152 qram, 7.35 mm qalınlıqda olmaqla, indi daha incə və  daha yığcamdır. 3100 mAH batareya ilə təchiz edildiyinə görə, bütün gün ərzində enerji saxlama qabiliyyətinə malikdir.
 
Dörd fərqli rəngdə satışa buraxılacaq bu telefon, 3Gb RAM-a, 16 Gb daxili yaddaş və 128 GB yaddaş kartını dəstəkləyəcək gücə sahibdir. Və əlbəttə ki, “Sony” telefonlarının ən diqqətçəkən xüsusiyyəti olan su və toz keçirməzlik funksiyası, bu telefonda daha da möhkəmləndirilib.
 
Beləliklə, bu inanılmaz özəlliklərə malik telefonu istəyən hər kəs mağazalardan əldə edə bilər.
 
RƏVAN
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL