waplog

Növbəti il kontaktsız idarəetməyə malik smartfonlar çıxarılacaq


“Elliptic Labs” Tokioda keçirilmiş “CEATEC 2014” sərgisində təqdim etdiyi smartfon prototipini ekrana toxunmadan məsafədən jestlərlə idarə etmək olar.

“Murata” şirkəti ilə əməkdaşlıqda norveçlilər tərəfindən hazırlanmış texnologiya siqnalları “tutmaq” üçün ultrasəs dalğalarından istifadə edir.

Qurğunun bütün səthi üzrə yerləşdirilmiş 180 dərəcəlik aktiv sahə jestlərin tanınmasına cavabdehdir. Amma ultrasəs sistemi o qədər dəqiq deyil və məsələn, obyektlərin 3D skanı üçün az yarayır.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, yeni texnologiya işçi sahələr arasında asan keçidə, oyun oynamağa, fotolara baxmağa imkan verir.

Kontaktsız idarəetməni dəstəkləyən birinci smartfonların çıxışı 2015-ci ilin birinci yarısına planlaşdırılıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL