waplog

Amerikalı uşaqların seçimi “iPad” planşetidir


“iPad” planşet kompüteri ABŞ-da 6-12 yaşlı uşaqlar arasında ən populyar brend olub.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Smarty Pants” şirkəti tərəfindən keçirilmiş tədqiqata əsasən, “iPad” planşeti ən populyar uşaq brendlərinin Top-15-liyində liderdir.

“iPad”dan sonra “Hershey's”, “Oreos”, “M&Ms”, “Doritos”, “Cheetos”, “Skittles” və “Disney” kimi brendlər qərarlaşıb.

Əvvəllər məşhur “McDonald's” brendi hazırda yalnız 15-ci yerdədir.

“Smarty Pants” şirkəti üç ay ərzində ABŞ-da 6661 uşaq arasında sorğu keçirib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL