waplog

“Nüvə elmləri və onun tətbiqləri” VII Avrasiya konfransı keçiriləcək


Oktyabrın 21-də saat 09:00-da AMEA-nın Əsas binasında “Nüvə elmləri və onun tətbiqləri” VII Avrasiya konfransı öz işinə başlayacaq. 4 gün davam edəcək tədbirdə Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər məruzələrlə çıxış edəcəklər.
 
AMEA-dan verilən məlumata görə, konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, texnologiyaları, ekologiyası, biologiyası və təhlükəsizliyi mövzusunda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.
 
 Tədbirin sonunda növbəti “Nüvə elmləri və onun tətbiqləri” Avrasiya konfransının keçiriləcəyi ölkənin müəyyən olunması, nüvə elmləri və onun tətbiqləri ilə bağlı bir sıra məsələlər haqqında qərarlar qəbul ediləcək.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL