waplog

“AzeriCard” daha iki beynəlxalq ödəniş sistemində sertifikasiyadan keçəcək


Azərbaycanda ilk iri prosessinq mərkəzi "AzeriCard" bu ilin sonuna kimi daha iki beynəlxalq ödəniş sistemində sertifikasiyadan keçəcək.
 
Mərkəzdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yaxın bir neçə ay ərzində "AzeriCard" "China Union Pay" və "JCB" beynəlxalq ödəniş sistemlərində sertifikatlaşmasını başa çatdıracaq.
 
Hazırda prosessinq mərkəzi artıq "MasterCard", "Visa", "American Express" və "Diners Club" beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılıb. "AzeriCard" bu gün Azərbaycanda və onun xaricində 31 bankın prosessinqini həyata keçirir.
 
"AzeriCard" daim təmassız mikroprosessor kartı vasitəsi ilə ödəniş, telefon, kommunal xidmətlərin, gömrük və vergi rüsumlarının, DYP cərimələrinin, mobil və internet bankinq, Azərbaycanda və onun xaricində kartdan karta pulköçürmələri və s. xidmətlərin göstərilməsində yeni müasir yüksək texnoloji həllər tətbiq edir.
 
Bu gün "AzeriCard" sistemində 2,5 milyona yaxın bank kartına, 1 700 bankomata  və 30 min elektron terminala xidmət göstərilir.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL