waplog

Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində çalışıb


2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 440,9 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqının daha yüksək olduğu müşahidə edilib.  
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib. Komitədən bildirilib ki,  2014-cü il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,4 min nəfər olub, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 618,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
Muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində çalışıb.
 
 
SEYMUR
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL