waplog

Azərbaycan-Rusiya Biznes Forumunda İKT sahəsində əməkdaşlıq imkanları müzakirə ediləcək


Bakıda oktyabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya Biznes Forumu keçiriləcək.
 
“Azpromo”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur.
 
Tədbirdə iştirak edən şirkətlər arasında mülki və müdafiə yönümlü yüksək texnoloji, elektronika, cihazqayırma məhsul istehsalı  sahəsində fəaliyyət göstərən "ElTex SPb" qapalı səhmdar şirkəti də təmsil olunacaq. Şirkət elmtutumlu istehsal üzrə tam çeşidli işlər yerinə yetirir və Rusiyanın elektron sahəsinin sənaye mühəndisliyi, modernləşdirmə və texniki  yenilənmə istiqamətində aktiv işlər görür.
 
Bununla yanaşı, şirkət mikroelektronika və nanotexnologiyalar, yarımötürücü cihazların istehsalı, nazik plyonkalı texnologiyaların istehsalı, molekulyar texnologiyalar, optoelektronika və fotonoka, xüsusi optik lifin istehsalı texnologiyaları  sahələrində ixtisaslaşır.
 
Forumda həmçinin tikinti sahəsində çalışan “Savalan” şirkəti, “Sankt-Peterburq farfor zavodu”,  avtomatik avadanlıq təchizatı sahəsində fəaliyyət göstərən “Komponentı” şirkəti və s. şirkətlər iştirak edəcəklər.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL