waplog

Sinqapurda beş dəqiqə müddətində enerji toplayan batareyalar hazırlanıb


Sinqapur alimləri 5 dəqiqə ərzində enerji toplayan yeni elektrik batareyası hazırlayıb. Bu haqda Nanyan Texnologiya Universitetindən layihənin müəllifləri məlumat veriblər.
 
Onlar bildiriblər ki, batareyalar müxtəlif sahələrdə istifadə oluna bilər, ancaq elektrik nəqliyyat vasitələri sahibləri arasında bu batareyalara daha çox tələbat olacaq, çünki onlara quraşdırılmış batareyalar məhdud istismar müddətinə malikdir və uzun müddətli enerjidoldurma tələb edir.
 
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, universitetin professoru Çen Syaodun deyib ki, geniş istifadə edilən litium-ion batareyalarından fərqli olaraq yeni batareyalar 20 ildən çox müddətdə istismar oluna bilər ki, bu da rəqibdən 10 dəfə yüksək göstəricidir.
 
 Professor deyib ki, mobil telefon, planşet kompüterlər, elektrik avtomobillərində tətbiq olunan müasir akkumulyatorlar adətən 500 dəfə yenidən yüklənir ki, bu da təxminən 2-3 il istismar deməkdir.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL