waplog

Artıq 1 milyon istifadəçi “Windows 10” əməliyyat sistemindən istifadə edir


Bu yaxınlarda “Microsoft” şirkəti yeni “Windows 10” əməliyyat sisteminin (ƏS) sınaqlarına ümumi giriş açıb və artıq bir müddət sonra kompüterinə yeni ƏS-i quraşdırmaq istəyənlərin sayı milyona çatıb.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, “Microsoft” şirkətinin vitse-prezidenti Co Belfiore deyib ki, “Windows 10” ƏS-i çıxarıldığı andan onu təxminən milyon insan quraşdırıb, bu halda proqram şirkəti istifadəçilərdən 200 min rəy alıb. Əksər hallarda rəylər müxtəlif yeniliklərə aid olub.
 
“TheVerge” nəşri yazır ki, quraşdırmaların 64%-i fərdi kompüterlərin payına düşür və istifadəçilərin yalnız 36%-i “Windows 10” platformasını virtual maşına quraşdırıblar.
 
Belfiore deyib ki, “Microsoft” şirkəti “Windows 10” platformasının sınaqları zamanı istifadəçilərin əksər arzularını nəzərə almağa çalışacaq və sistemin rəsmi çıxışınadək çatışmazlıqların əksəriyyəti aradan qaldırılacaq.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL