waplog

“Siemens” Almaniyanın enerji sektorunda 1,2 min iş yerini ixtisar edəcək


Almaniyanın “Siemens” şirkəti ölkənin enerji sektorunda 1,2 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu barədə “Bayerischer Rundfunk” radiostansiyası məlumat verib.
 
Məlumata görə, bununla şirkət elektrik stansiyaları üçün avadanlıq istehsalı və onlara texniki xidmət sahəsində zəif biznesə reaksiya vermək niyyətindədir.
 
“Siemens” nümayəndələri kadr dəyişikliklərinin nəzərdə tutulduğunu etiraf etsələr də, yuxarıda qeyd olunan ixtisar sayını təsdiq etməkdən imtina ediblər. Şirkət nümayəndəsi yalnız onu qeyd edib ki, “Siemens” əvvəlcə işçilər ilə söhbətlər aparacaq.
 
Bundan əvvəl verilən məlumata əsasən, şirkətin yenidən qurulması proqramı çərçivəsində “Siemens” rəhbərliyi min iş yerini ixtisar edərək bunun sayəsində 2016-cı ilədək xərclərin 1 milyard avro məbləğində azaldılmasına nail olmaq niyyətindədir. İxtisar ediləcək əməkdaşların bir qisminə digər vəzifələrə və şirkətin digər bölmələrinə keçmək təklif olunacaq, - “ www.itar-tass.com” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL