waplog

Avropa İttifaqı “Deutsche Telekom” operatorunu 70 milyon avro cərimələyib


Avropa İttifaqının (Aİ) Antiinhisar komitəsi Almaniyanın “Deutsche Telekom” telekommunikasiya operatoruna və onun “Slovak Telekom” törəmə şirkətinə Slovakiyanın internet xidmətləri bazarına çıxışı bağladığına görə 69,9 milyon avro məbləğində cərimə tətbiq edib.

Rəsmi məlumata görə, Avropa Komissiyasının antiinhisar bölməsi "Deutsche Telekom”u 5 ildən çox müddət ərzində Slovakiyanın internet xidmətləri bazarına çıxışı blokladığına görə cərimələyib.

İki hissədən ibarət olan cərimənin 38,8 milyon avrosu “Deutsche Telekom” və onun şəbəkənin telekommunikasiya kabelləri və abunəçilərin evi ilə birləşdirmək üçün hissəsinə çıxışa icazə verməyən “Slovak Telekom” törəmə şirkətinin payına düşür.
  
Bundan başqa, “Deutsche Telekom” təkrar pozuntuya yol verdiyinə görə 31 milyon avro ödəyəcək. 2003-cü ildə Avropa Komissiyası “Deutsche Telekom”u Almaniyada yuxarıda qeyd olunan eyni şəbəkəyə çıxışa icazə vermədiyinə görə 12,6 milyon avro cərimələyib, - “Vesti”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL