waplog

ADİU-da fəaliyyət göstərən virtual şirkətə təcrübə ilə bağlı qəbul üçün müsahibə keçiriləcək


Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən və maliyyə-mühasibat xidmətləri sahəsində ixtisaslaşmış virtual şirkətdə təcrübə keçmək üçün qəbul başlayır.

Universitetdən verilən məlumata görə, şirkətə qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə Uçot-iqtisad və Maliyyə fakültəsinin III və IV kursunda, eləcə də bu ixtisaslar üzrə təhsil alan magistrlər iştirak edə bilərlər.

Müsahibənin nəticəsi olaraq seçilən 10 nəfər şirkətə təcrübəyə götürüləcək və onlar müxtəlif təlimlər keçilməklə əmək bazarının tələblərinə müvafiq olaraq hazırlanacaq.
Müsahibədə iştirak etmək istəyənlər CV-lərini “fuad2509@hotmail.com” elektron ünvanına göndərə
bilərlər. Məktubun “subject” bölməsində “virtual company” sözünü qeyd etmək lazımdır. CV-lərin qəbulu 23 oktyabr 2014-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, hazırda dünyanın bir çox ölkələrində yaradılan virtual təcrübə müəssisələri interaktiv tədrisi yaxşılaşdırmağa, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında işgüzar bacarıqlar qazanmasına və onları inkişaf etdirməsinə yönəlib. Tələbə və məzunlar virtual təcrübə müəssisələrində özlərini sanki real iş yerində olduğu kimi hiss edərək, öz ixtisaslarını praktik şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnə bilirlər.

Xatırladaq ki, Azərbaycan artıq 2013-cü ilin yanvar ayından sayı 7500 olan virtual müəssisələrin üzvlər şəbəkəsinə qəbul olunub.  Azərbaycanda bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının təşəbbüsü ilə reallaşdırılır.

CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL