waplog

ABŞ Avrasiya ölkələri üçün İT üzrə təcrübə proqramları elan edib


Amerikanın xüsusi işgüzar təcrübə proqramı (SABIT) MDB, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün “Avrasiya üçün İnformasiya Texnologiyaları” və “Aqrobiznes innovasiyaları və səmərəlilik” mövzusunda təcrübə proqramları elan edib.
 
“ICTnews” xəbər xidmətinin SABIT-in rəsmi məlumatına istinadən verdiyi məlumata görə, “Avrasiya üçün İnformasiya Texnologiyaları: infrastruktur və startapların inkişafı”  mövzusunda təcrübə proqramı 2015-ci il yanvarın 24-dən fevralın 8-dək davam edəcək.
 
“Aqrobiznes innovasiyaları və səmərəlilik” mövzusunda təcrübə proqramı 2015-ci il martın 14-dən aprelin 4-dək keçiriləcək.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL