waplog

Gələn il Ticarətə Onlayn Nəzarət Sistemi yaradılacaq


Azərbaycanın qiymətli kağızlar bazarında manipulyasiyaların qarşısını almaq üçün əqdlərə onlayn nəzarət ediləcək.
 
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən istifadə olunacaq onlayn nəzarət mexanizminin köməkliyi ilə bir sıra nöqsanlar aradan qaldırılacaq.  
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən məsələ ilə bağlı bu gün QKDK-da keçirilən “Açıq qapı günü”ndə məlumat verilib. Tədbirdə bildirilib ki, sistem 2015-ci ildə yaradılacaq və tətbiq ediləcək. Onlayn nəzarət sistem QKDK-ya bazara real vaxt rejimində nəzarət etməyə imkan yaradacaq.
 
 
Komitənin aparat rəhbəri Bəxtiyar Əzizov 2015-ci ildə görüləcək işlərdən danışarkən bildirib ki, gələn il üçün Ticarətə Onlayn Nəzarət Sisteminin yaradılması və tətbiqi layihəsi hazırlanıb. Onun sözlərinə görə, hazırda Komitə tərəfindən ticarətə post nəzarət olunur:
 
“Yəni birbaşa ticarətə nəzarət edə bilmirik. Baxmayaraq ki, hesabatlar gündəlik qaydada təqdim edilir, amma biz əqd keçdikdən, əməliyyat başa çatdıqdan sonra məlumatları alırıq.  Bazara onlayn nəzarət sistemi isə ticarətə real vaxt rejimində nəzarət edilməsinə imkan verəcək. Ticarətə dair məlumatlar daha dərindən təhlil ediləcək və qabaqlayıcı tədbirlərin gücləndirilməsinə şərait yaranacaqdır. Bu gün Komitə ticarətə onlayn nəzarət edə bilmədiyindən bir sıra manipulyasiyaların  qarşısı alına bilinmir. Çünki sözügedən sistem olmadığı üçün dərhal müdaxilə edib hansısa manipulyasiyanın qarşısını almaq mümkünsüzləşir”.
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL