waplog

“Google TV” platforması Britaniyada istifadəyə veriləcək


“Google TV” internet televiziya platforması tezliklə Britaniyada istifadəyə veriləcək.

“Telegraph” nəşri bildirib ki, platforma növbəti 6 ay ərzində Britaniyada istifadəyə veriləcək. ABŞ-da “Google TV” əsasında ilk məhsul 2010-cu ilin sonunda satışa çıxarılıb.

Onlar “Sony” televizorları və “Logitech Revue” rəqəmsal TV konsoludur (mobil cihazlardan multimedia materiallarını TV-yə ötürən qurğudur). “Google TV” “Android” proqram platformasına və “İntel Atom CE4100” aparat platformasına əsaslanır.

“Google TV” ilə dəstəklənən qurğunu televizora qoşaraq istifadəçi internet (Netflix, Amazon Video On Demand, YouTube) vasitəsilə translyasiya edilən axın məzmununa baxa, veb- saytları aça və veb-proqramları icra edə biləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL