waplog

Çində xarici komponentlərsiz ilk milli server yaradılıb


Çində ölkənin kiberməkanının mühafizəsini yaxşılaşdırmaq üçün xarici komponentlərdən istifadə etmədən ilk milli server yaradılıb. “Хinhuanet” nəşrinin məlumatına görə, “Godson 3B” serverinin hazırlanması üçün yalnız yerli texnologiyalardan istifadə olunub. Xüsusilə, serverə Çinin “Loongson Technology” şirkətinin istehsalı olan prosessor cəlb edilib.
 
Serverin yaradılması ilə ölkədə “Sugon” kimi tanınan “Dawning Information Industry” müəssisəsi məşğul olub. Layihənin həyata keçirilməsi üçün layihə mütəxəssisləri səkkiz nüvəyə və 28 nanometrlik texnologiya üzrə hazırlanan 1,1 milyard tranzistora malik "Loongson 3B” prosessorundan istifadə ediblər.  
 
İnformasiya təhlükəsizliyi sahəsi üzrə ekspert Li Qotsenin sözlərinə görə, bu növ serverlər hərbi, maliyyə və enerji sektorlarının təhlükəsizliyinə zəmanət verə bilər. Məsələn, yerli avadanlıq bu seqmentlərin məlumatlarını xarici dövlətlərin təsirindən qorumağa imkan verəcək, eləcə də beynəlxalq arenada rəqabətqabiliyyətliliyi artıracaq.
 
“Dawning” nümayəndələri Qərb mətbuatına serverlər üzərində işin aparılması barədə məlumat verməkdən imtina ediblər. “Biz bu məhsulu ABŞ KİV-nə reklam etmək istəmirik”, - şirkət təmsilçiləri bildirib, - "SecurityLab” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL