waplog

Naxçıvan MR-də istifadəyə verilən POS-terminalların sayı 1 ayda 15 faiz artıb


Pul əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsi ilə aparılması üçün Naxçıvan Muxtar Respublikasında cari ilin 9 ayı ərzində 569 POS-terminal istifadəyə verilib.
 
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat 2014-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb. 
 
 
Bu göstərici 1 oktyabr 2014-cü il tarixə 817-yə çatıb. Sentyabrın 1-i tarixinə quraşdırılan POS-terminalların sayı isə 692 ədəd təşkil edib. Sentyabr ayında 125 POS-terminal quraşdırılıb.
 
 
Qeyd edək ki, POS-terminallardan geniş istifadə vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərib.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL