waplog

Vətəndaşların NƏZƏRİNƏ!


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 31-i saat 11:00-da Qobustan rayonunda (Qobustan, Ağsu, Şamaxı, Abşeron) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü  planlaşdırılır.
 
    Vətəndaşlardan "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
 
    Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
 
Qobustan rayonunda 245-01-19
Ağsu rayonunda 226-44-99
Şamaxı rayonunda 265-39-34
Abşeron rayonunda 341-04-99
 
 
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL