waplog

Bu gün Bill Qeytsin doğum günüdür


Planetin ən zəngin insanlarından biri, amerikalı sahibkar Bill Qeyts 28 oktyabr 1955-ci il tarixində Sietldə anadan olub. O, yeniyetmə yaşında ikən proqramlaşdırma ilə maraqlanıb və öz kompüter proqramlarını hazırlamağa başlayıb.
 
1975-ci ildə Bill Qeyts dostu Pol Allenlə birgə fərdi kompüterlər (FK) üçün proqram təminatının hazırlanması üzrə  “Microsoft” şirkətini təsis ediblər. O, firmanın prezidenti, direktorlar şurasının sədri və baş direktoru kimi fəaliyyətini davam etdirib. Bill Qeyts 31 yaşında milyarder olub. 1993-cü ildə “Forbes” jurnalı ilk dəfə onu ABŞ-ın, üç il sonra dünyanın ən zəngin insanı adlandırıb.
 
1990-cı illərin sonundan etibarən Qeyts tədricən “Microsoft”un rəhbərliyini tərk etməyə başlayıb. O, 1998-ci ildə prezident postunu,  2000-ci ildə baş direktor, 2008-ci ildə isə “Microsoft”un proqram təminatının baş arxitektoru vəzifəsini tərk edib. 2014-cü ilin fevralınadək şirkətin direktorlar şurasının sədri vəzifəsində qalıb.
 
Bill Qeyts son illərdə həyat yoldaşı Melinda ilə birgə təsis etdikləri ailə xeyriyyəçilik fondunun işləri ilə məşğul olur. Təşkilat səhiyyə və təhsil sahəsində təşəbbüsləri maliyyələşdirir. 2005-ci ildə Bill və Melinda Qeyts aktiv xeyriyyə fəaliyyətinə görə “Time” jurnalı tərəfindən "İlin adamı" mükafatına layiq görülüblər. Həmin il Britaniya biznesinin inkişafı, iş yerlərinin sayının artması və təhsil proqramlarının yaradılmasına görə sahibkar Britaniya imperiyasının “Cəngavər titulu”na layiq görülüb.
 
Bill Qeyts, həmçinin bir neçə kitabın müəllifidir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL