waplog

Azərbaycanda elektron arayış əsasında kredit verən bankların sırasına yenisi qoşulub


“Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti sayəsində artıq “AccessBank” da kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) verilən məlumata görə, “Elektron hökumət” portalının operatoru – MHM və “AccessBank” arasında müqavilə imzalanıb və müqavilə şərtlərinə əsasən bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.
 
 
 
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi ilə yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş “Elektron hökumət” portalında autentifikasiyadan keçməlidir. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.
 
 
Qeyd edək ki,   iyunun 17-də istifadəçilərə təqdim olunan bu xidmətə ilk olaraq “Bank of Baku”, sonra isə “Unibank” qoşulub. Gələcəkdə digər bankların da elektron arayışın verilməsi xidmətinə qoşulması gözlənilir.
 
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL