waplog

Üç gündə “Apple Pay” mobil ödəmə sisteminə 1 milyon bank kartı qoşulub


“Apple Pay” xidməti işə salınandan sonra ötən 72 saat ərzində sistemdə bir milyondan çox bank kartı aktivləşdirilib. Bu haqda “Apple”ın baş direktoru Tim Kuk “WSJD Live” konfransında deyib.
 
Beləliklə, “Apple” şirkəti ən böyük mobil ödəmə sistemi olub.
 
 “lenta.ru” saytı yazır ki, sistem iki üsulla işləyir: ya ticarət nöqtələrində smartfonu xüsusi terminala qoymaqla NFC texnologiyasının köməyilə, ya da  “Apple Pay” elektron pul cüzdanının proqramı vasitəsilə alış-veriş etmək olar. Birinci seçim yalnız “iPhone 6” və ya “iPhone 6 Plus” sahibləri üçün əlçatandır, halbuki elektron pul cüzdanı həm də “iPad Air 2” və “iPad mini 3” planşetləri üçün də işləyir. Ödənişlərin avtorizasiyası “Touch ID” barmaq izləri skanerinin köməyi ilə olur.
 
Şirkət 100 dollarlıq ödənişdən 15 sent və ya aldığınız məhsulun 0,15%-i məbləğində komissiya haqqı alır.
 
Sentyabrın əvvəlində nümayiş etdirilmiş “Apple Pay” mobil ödəmə sistemi oktyabrın 20-dən yalnız ABŞ-da işləyib və “Apple” hələ ki xidmətin dünyanın başqa ölkələrdə əlçatan olacağı vaxt haqda məlumat verməyib. Ancaq bəzi məlumatlara görə, xidmət Avstraliya və Kanada mağazalarında əlçatandır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL