waplog

Azərbaycan “İTU Telecom World 2011” beynəlxalq sərgi-konfransında təmsil olunacaq


Azərbaycan oktyabrın 24-dən 27-dək Cenevrədə keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Ümumdünya telekommunikasiya texnologiyaları, avadanlıqları və xidmətləri ixtisaslaşdırılmış sərgi-konfransında milli pavilyonla təmsil olunacaq.

Milli pavilyonda Azərbaycanın telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki sistemləri təqdim olunacaq.

Qeyd edək ki, “İTU Telecom World 2011” sərgisi dünyanın hər yerindən telekommunikasiya və informasiya texnologiyaları sektorunun dövlət, beynəlxalq və yerli şirkətlərin nümayəndələrini bir yerə toplayan böyük tədbirdir.

Tədbirdə nazirlərin, şirkət rəhbərlərinin, telekommunikasiya texnologiyaları sahəsində ekspertlərin iştirakı gözlənilir. Builki “İTU-Telecom World 2011” sərgisinin keçirilməsi “Telecom”un 40 illiyinə təsadüf edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL