waplog

İnformatika fənni üzrə magistratura səviyyəsinə qəbul imtahanı proqramının layihəsi qəbul olunub


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminar  növbəti iclasını keçirib.

Komissiyadan verilən məlumata görə, iclasda informatika fənni üzrə 2015/2016-cı tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanı proqramının layihəsi müzakirə edilərək qəbul edilib.

Müzakirədə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, dos. A.Rəhimov, BDU-nun "İnformatika" kafedrasının müdiri, dos. M.Xəlilov, ADİU-nun "İnformatika" kafedrasının əməkdaşı, dos. E.Hüseynov və başqaları çıxış edərək rəylərini bildiriblər. Proqram 13 bölmədən ibarətdir.

Qeyd edək ki, növbəti seminarda "İnformatika" vəsaitində dərc olunacaq test tapşırığı nümunələri müzakirə ediləcək.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL