waplog

“Sony” mobil bölmə direktorunu dəyişib


Yaponiyanın “Sony” şirkətinin baş vitse-prezidenti Hiroki Totoki mobil bölməyə rəhbərlik etməyə başlayıb. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.
 
O, bu vəzifədə 2012-ci ildən mobil biznesə rəhbərlik edən Kunimasa Suzukini əvəzləyib. Mobil bölmə rəhbərinin əvəzlənməsi smartfonların satışı üzrə biznesin pisləşməsi fonunda baş verib.
 
Hiroki Totokinin öz vəzifə səlahiyyətlərinin icrasına 2014-cü il noyabrın 16-da başlayacağı gözlənilir.
 
Cari ilin payızında “Sony” illik maliyyə göstəricilərinin dəyişməsini açıqlayıb. Belə ki, şirkət martda başa çatan 2014–2015-ci maliyyə ilinin yekunları üzrə 2,1 milyard dollar məbləğində itki ilə üzləşəcəyini proqnozlaşdırıb. Bu, smartfon istehsalı üzrə bölmənin problemləri ilə əlaqələndirilir.
 
Əvvəlki proqnoza görə, itkilər dəfələrlə az gözlənilib. Bundan başqa, şirkətin məlumatında deyilib ki, “Sony dividendləri də ödəyə bilməyəcək, - “Lenta ” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL