waplog

2014-cü ilin üçüncü rübündə mobil telefon tədarükü 460 milyona çatacaq


2014-cü ilin üçüncü rübündə qlobal mobil telefon tədarükü illik hesablamada 8% artıb. “StrategyAnalytics”inhesablamalarına əsasən, istehsalçılar iyul-sentyabr aylarında 459,5 milyon telefon tədarük ediblər.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər bildiriblər ki, Asiya, Afrika və Latın Amerikasında“3G”və “4G”şəbəkələrini dəstəkləyən modellərə yüksək tələbat sayəsində bazarda müsbət dinamika saxlanılır.

Qeydə alınmış 15%-lik azalmaya baxmayaraq, “Samsung” şirkəti bazarın liderikimi qalır. “StrategyAnalytics”inqiymətləndirməsinə görə, şirkət ötən rüb101.7 milyon qurğu tədarük edib. Ötən il bu göstərici 120 milyon olub. Nəticədə, Cənubi Koreya şirkətinin bazar payı 28,1-dən 22,1%-dəkazalıb. Bununla belə, analitiklər bildirib ki, “Samsung” şirkəti “Nokia” və “Apple” şirkətləri ilə müqayisədə daha çox telefon buraxır.

İndi “Microsoft”a məxsus “Nokia” şirkəti ötən rüb 52,2 milyon və ya ümumdünya göstəricisindən 11% çox mobil telefon tədarük edib. “Apple” və çoxsaylı “Android”qurğular istehsalçıları tərəfindən rəqabət şəraitində Finlandiya şirkətinin payı 2013-cü illə müqayisədə 4%, tədarüklər isə 12,4 milyon azalıb.
“StrategyAnalytics” Cənubi Koreyanın “LG” şirkətini ötən rübün əsas “oyunçusu” adlandırıb: ən böyük mobil telefonistehsalçılarının reytinqində ən yaxşı dinamikanümayiş etdirib.

TOP-5-likdə ötən rüb 18 milyon mobil telefon buraxmış Çinin “Xiaomi” şirkətidir. Bundan başqa, şirkət smartfonseqmentində yalnız “Samsung” və “Apple”dan geri qalaraq üçüncü yerdə qərarlaşıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL