waplog

Virus proqramı Çinin “Apple” istifadəçiləri üçün təhlükə törədir


Çində “Apple” məhsulları istifadəçiləri üçün təhlükə törədən yeni zərərli proqram təminatı çox geniş yayılır. Bu barədə “Palo Alto Networks” şirkətinin məlumatında deyilir.  
 
“Apple” şirkətinin mobil əməliyyat sistemlərini sıradan çıxaran “WireLurker” adlı virus proqramının Çində yaradılması iddia olunur.
 
Şirkətin məlumatına görə, artıq 400-dən çox yoluxdurulmuş proqram 350 min dəfə yüklənib.
 
“WireLurker” virusu “USB” kabel vasitəsilə “Mac” kompüterlərindən mobil qurğulara keçə bilir.
 
“Palo Alto Networks” qeyd edir ki, yeni proqram təminatının məqsəd və imkanları hazırda müəyyən edilməyib, - "BBC” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL