waplog

“HP” 1500 dollarlıq güclü “Omen” noutbukunu nümayiş etdirib


“HP”-nin rəsmi saytında “Omen” adlı noutbukla bağlı səhifə açılıb. Yeni qurğu oyun həvəskarları üçün nəzərdə tutulub, ancaq güclü oyun sistemləri ilə müqayisədə qiyməti nisbətən ucuzdur.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “HP Omen” modeli 1920 x 1080 piksel təsvir ölçülü 15.6 düymlük ekran, dördüncü nəsil “Intel Core i7-4710HQ” prosessoru, 2 və ya 4 QB videoyaddaşa malik “Nvidia GeForce GTX 860M” diskret qrafik sürətləndiricisi ilə təchiz edilib.
Məlumatların saxlanılması sistemi kimi 512 QB tutumunda sərtgövdəli daşıyıcı quraşdırılıb. Seçilmiş konfiqurasiyadan asılı olaraq əməli yaddaşın həcmi 8 və ya 16 QB təşkil edir.

Bundan başqa, noutbukda “Wi-Fi 802.11ac” və “Bluetooth” simsiz rabitə modulları, “HDMI” və “mini-DisplayPort”, kard-rider və dörd “USB 3.0” portu var. Noutbukun çəkisi 2,12 kq, qalınlığı 19,9 mm təşkil edir. Qurğunun avtonom iş vaxtı 5 saatdır.

“HP Omen” noutbuku 1500 dollara ilkin sifariş üçün əlçatandır.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL